Rusiya telekanalında Azərbaycana qarşı yenə təxribat

Rusiya televiziyasında Azərbaycana qarşı yenə təxribat törədilib.

Azərbaycan əleyhinə təxribat bu dəfə “Rossiya 1” telekanalının efirində canlı yayımlanan “Kto protiv” siyasi tok-şousunda baş verib.

Siyasi ekspert Dmitri Kulikovun aparıcısı olduğu proqramın 24 yanvar tarixli efirində erməni əsilli “ekspert” Araik Stepanyan Azərbaycan əleyhinə təxribatçı ifadələrə yol verib.

O, guya Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində ölkədə yaşayan azsaylı xalqların nümayəndələrini qəsdən ön cəbhəyə göndərdiyini və onlardan xilas olmaq istədiyini iddia edib.

Özünü “Geosiyasi Problemlər Akademiyasının prezidenti” kimi təqdim edən “ekspert”in Azərbaycan əleyhinə təxribatçı fikirlərinə digər spikerlərdən reaksiya gəlməyib.

Onu da vurğulayaq ki, həmin proqramda heç Azərbaycan müzakirə mövzusu olmayıb. Əsas müzakirə mövzusu Türkiyə-NATO münasibətləri və Ukraynadakı müharibə olub.

Ukraynadakı macarların rəsmi Kiyev tərəfindən guya bilərəkdən Ukraynanın şərqindəki müharibəyə göndərildiyini iddia edən Stepanyan həmin vaxt canlı efir imkanından istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirməyi unutmayıb.

Qeyd edək ki, Rusiyanın dövlət tərəfindən maliyyələşən televiziya kanallarında, kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə təxribatlar mütəmadi baş verir. Bu təxribatlar İkinci Qarabağ müharibəsi zamanı, ondan əvvəl və sonra da müşahidə olunub. (APA)

Əvvəlki məqalə

Berluskoni Ukraynadakı münaqişəyə kimin son qoya biləcəyini

Sonrakı məqalə

Xarici kəşfiyyat xidmətləri Putinin danışıqlarını niyə dinləyə bilmir?