Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Xarici media nümayəndələri üçün mediatur təşkil olunub

User 16 Noyabr 2024 - 00:27 (Last updated: 21 May 2025 - 20:15)
media01

Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub.

Mediatur qədim zamanlardan bugünədək Azərbaycan tarixini əks etdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb. Xarici jurnalistlər muzeyin ekspozisiyası, ölkəmizin keçmişini özündə canlandıran müxtəlif arxeoloji, etnoqrafik materiallar və eksponatlarla yaxından tanış olublar.

Heydər Əliyev Mərkəzində davam edən turda xarici media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlara burada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib.

Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı və tarixi ilə zəngin olan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarət olunub. Tur zamanı jurnalistlərə qeyri-adi memarlıq özəllikləri ilə seçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yer tutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərin qədim küçələri və abidələri barədə geniş məlumat verilib.

Post navigation

Previous: Dünya bazarında günəbaxan və zeytun yağı neçəyədir? –
Next: Mayk Tayson rinqə çıxdı, blogerə məğlub oldu

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

tramp reytniq
  • Dünya

Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?

User 06 Noyabr 2026 - 20:00
ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərindən sonra ilk dəfə milli təhlükəsizlik üzrə müşavirlərini toplayaraq İranla bağlı...
Read more about Tramp İranla bağlı 3 ssenari arasında seçim edir – Davam, yoxsa razılaşma?
Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi rutte
  • Dünya

Ukrayna bütün ərazilərini geri qaytara bilməyəcək – NATO Baş katibi

User 06 Noyabr 2026 - 19:50
İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb iran raket giris
  • Dünya

İran raket istehsalını yeraltına köçürür? – Peyk görüntülərində yeni tikililər aşkarlanıb

User 06 Noyabr 2026 - 19:42
Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı? qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.