Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xarici ölkələrin Baş prokurorları Şuşa və Füzulidə olublar

User 16 Sentyabr 2023 - 18:27 (Last updated: 21 May 2025 - 20:15)
16948739252925049348_1200x630

Bakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğızıstanın Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə həyətləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, səfər iştirakçıları Şuşa şəhərində Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələrini ziyarət edib, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər iştirakçıları, həmçinin Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, onlara güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistandan alınaraq Azərbaycana gətirilən, Şuşa işğaldan azad olunduqdan sonra Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə öz əvvəlki yerlərinə qaytarılan heykəllər bizim tarixi Zəfərimizin, Böyük Qayıdışımızın simvoludur.

Qonaqlar, həmçinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomaterialların nümayiş etdirildiyi “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıb, Şuşaya səfərlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-ci ilinə təsadüf etməsinin xüsusi əhəmiyyətindən danışıblar.

Səfər çərçivəsində həmçinin Füzuli rayonuna gedən qonaqlar orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını, dövlət başçısının quruculuq işinə verdiyi böyük önəmin işlərin sürət və keyfiyyətində hiss etdiklərini qeyd edib, o cümlədən Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar.

Post navigation

Previous: ABŞ Ağdam yolu ilə bağlı razılaşmadan niyə imtina edib? –
Next: Azərbaycan Premyer Liqası:

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.