Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

XİN Avropa İttifaqı Ali Nümayəndəsinin bəyanatına etiraz edib

User 19 Sentyabr 2023 - 19:49 (Last updated: 21 May 2025 - 20:15)
borell

Azərbaycan XİN Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycan tərəfindən aparılan əməliyyat ilə bağlı bəyanatına dair şərh yayıb.

Şərhdə deyilir:

Avropa İttifaqının hazırki hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi.

Hazırda Azərbaycanın həyata keçirdiyi hərbi antiterror əməliyyatı Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara və bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında iki dinc sakin və dörd hərbçi həlak olmasına səbəb olan terror aktlarına qarşı yönəlib. Həmçinin, minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanıb.

Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb.

Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.

Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir.

Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir.

Post navigation

Previous: Xankəndi-Xocalı yolunun kənarında Ermənistana məxsus anbar məhv edildi –
Next: Şoyqu və İran ordusunun Baş qərargah rəisi Qarabağdakı vəziyyəti müzakirə edib

Oxşar xəbərlər

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.