XİN Ermənistanın 1990-cı il “erməni qırğınları”na dair iddialarına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına münasibət bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” paylaşımında yazıb ki, Ermənistan XİN yenidən 1990-cı ildə uydurma qırğınlardan danışır.

L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb: “Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Sabah hava necə olacaq? –

Sonrakı məqalə

Şamaxıda acınacaqlı durumda olan uşaqlar nəzarətə götürüldü –