Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

XİN Ermənistana çağırış edib –

User 29 Oktyabr 2022 - 22:00 (Last updated: 21 May 2025 - 20:15)
xin

“Yaxın zamanlarda üçtərəfli görüş gözlənilir”.

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Praqada əldə olunan razılaşmaların davamı olacaq:

“Əsas məsələ sülhə getməkdir. Tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri çərçivədə də işlər davam etdirilməlidir. Bu istiqamətdə siyasi iradə hər iki tərəfdə ardıcıl olmalıdır. Hesab edirik ki, Ermənistan rəhbərliyi öz məsuliyyətini başa düşür”.

Xarici işlər nazirinin müavini bildirib ki, Ermənistan həm öz öhdəlikləri, həm də beynəlxalq birlik qarşısında məsuliyyət daşıyır.

Xələf Xələfovun sözlərinə görə, Ermənistan müəyyən sənədlər imzaladığından götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“Bu gün Cənubi Qafqazda və Ermənistan-Azərbaycan münasibətlərində sülhdən başqa alternativ yoxdur. Bu gün biz sülh müqaviləsinə nail olmalıyıq. Sülh müqaviləsi üçün vacib olan bütün addımları atmalıyıq. O addımlar konkret olmalıdır. O addımlar əldə olunmuş razılaşmalara uyğun olmalıdır”, – deyə nazir müavini bildirib.

Xələf Xələfovun sözlərinə görə, Ermənistan hər gün fərqli bəyanatlar verir.

“Artıq regionumuzda və region ətrafında vəziyyət o şəkildə inkişaf edir ki, artıq sülhdən qaçmaq Ermənistan üçün yaxşı olmayacaq. Ermənistan öz mövqeyini ortaya qoymalıdır və sülhə aparan yolda lazım olan bütün addımları atmalıdır”,- deyə Xələf Xələfov əlavə edib.

 

“Ermənistan Baş nazirindən dalbadal açıqlamalar gəlir”-xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Azərbaycanın mövqeyi bəllidir:

“Biz sülh gündəliyinə sadiqik və sülhün bərqərar olmasını istəyirik. Ermənistanla sülh müqaviləsinin imzalanmasında israrlıyıq. Kommunikasiyaların açılmasında israrlıyıq. Ermənistanın üzərinə düşən öhdəliklərini yerinə yetirməsində israrlıyıq. Təbii ki, bütün bunlar çərçivəsində sülh yarana bilər”.

Xələf Xələfov inandığını bildirib ki, Azərbaycanın bundan sonrakı səyləri nəticəsində və beynəlxalq birliyin məsələyə daha ədalətli yanaşması ilə bölgədə sülh yaranacaq.

Post navigation

Previous: Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağı ilə işıqlandırılıb
Next: Rusiya Qara dənizdə gəmilərinə hücuma görə BMT-nin iclasını çağırır

Oxşar xəbərlər

telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.