Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

XİN Fransanın Ermənistana hərbi texnika göndərməsinə münasibət bildirib

User 13 Noyabr 2023 - 09:21 (Last updated: 21 May 2025 - 20:15)
xin

Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyirik.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı “Fransa tərəfindən Ermənistana çoxlu sayda “Bastion” çoxməqsədli zirehli avtomobillərinin və onlara məxsus avadanlıqların göndərilməsi barədə xəbərlər yayılıb. Bu xəbərə XİN-in münasibətini öyrənmək istərdik” sualına cavabında bildirib.

O qeyd edib ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək.

Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda, Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir.

Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, bu ölkələr bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar.

Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan və buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyətin dayandırılmasına və pislənilməsinə çağırırıq.

Post navigation

Previous: Ərdoğan bu gün Qəzza ilə bağlı dünya liderləri ilə müzakirə aparacaq
Next: Növbəti pandemiya daha ölümcül ola bilər –

Oxşar xəbərlər

hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29

xƏBƏR

urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Xroniki yüksək arterial təzyiq sağlamlıq üçün ciddi təhlükə yaradır. Bu vəziyyət insult və ağır ürək-damar xəstəliklərinin inkişaf...
Read more about Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.