XİN Gəncədə Rusiya vətəndaşının raket zərbəsi ilə vəfatı barədə Moskvaya məlumat verib

24 Oktyabr 2020 - 14:25

Azərbaycan Rusiya səfirliyinə Gəncədə raket zərbəsi nəticəsində Rusiya vətəndaşının öldüyü barədə məlumat verib.

Azpost.info bildirir ki, bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

“Azərbaycan XİN vasitəsilə baş vermiş hadisə barədə məlumat verib. Mərhum Gəncədə Aleksandr Nevski kilsəsinin dəstəyi ilə dəfn ediləcək”.

Xatırladaq ki, 2007-ci il təvəlüdlü Rusiya vətəndaşı Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində ağır yaralanıb. O, şənbə günü vəfat edib.