Xınalıq və Qırız kəndlərində 6 dərəcə şaxta qeydə alınıb –

Dağlıq ərazilərində qar və sulu qar yağır
23 Noyabr 2020 - 10:59

Noyabrın 23-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qar və sulu qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndində qeydə alınıb – mənfi 6 dərəcə. Qırızdəhnə kəndində isə yağan qarın hündürlüyü 1 santimetrdir. (Azərtac)