Xocavənddən “zapçast” və məişət əşyaları çıxaranlar saxlanılıb –

DİN (FOTO)
20 Noyabr 2021 - 13:04

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyənləşib. Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerində avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkarlanıb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.