Xocavənddən “zapçast” və məişət əşyaları çıxaranlar saxlanılıb –DİN (FOTO)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb.

Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyənləşib. Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerində avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkarlanıb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın məşhur kino aktyoru koronavirusdan vəfat edib –

Sonrakı məqalə

Azərbaycan nefti 80 dollardan baha satılır