Xörək yemək üçün koronavirus maskaları ixtira edildi –

Düyməni bas, kababı ye (FOTO)
18 May 2020 - 23:39

İsrail ixtiraçıları restorana gedərkən daha az riskli, yemək yeməyə imkan verən və uzaqdan idarə olunan maska hazırlayıb.

Velosipedin əl əyləci kimi çalışan cihaz maskanın qabağını açaraq, yeməyin qəbul edilməsinə imkan yaradır. Bazar ertəsi Tel-Əviv yaxınlığında yerləşən Avtipus Patents and Inventions şirkətinin vitse-prezidenti Asaf Qitelis deyib ki, maska avtomat (çəngəl ağıza yaxınlaşdıqda) və mexaniki (uzaqdan idarəetmə) üsulla açıla bilir.

Şirkətin bildirdiyinə görə, maskaların istehsalına bir neçə ay ərzində başlana bilər. Onların hər birinin dəyəri3-dən 10 şekelə qədər ($0.85 to $2.85) olacaq.