Taliban Əfqanıstanın Kəşfiyyat Agentliyi Mərkəzinə hücum edib

Talibanın bildirdiyinə görə, bazar ertəsi Əfqanıstanın Qəzni vilayətindəki Kəşfiyyat Agentliyi Mərkəzində həyata keçirdiyi avromobilə yerləşdirilmiş bomba hücumu azı 7 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olub.

ABŞ-la Taliban arasında fevral ayında əldə edilən sülh razılaşmasına baxmayaraq, müsəlmanların müqəddəs Ramazan ayında on minlərlə əfqanın oruc tutduğu bir vaxt ölkə daxilində zorakılıqlar davam edir.

Kabildəki Daxili İşlər Nazirliyi və Qəzni vilayətinin rəsmiləri hücumla bağlı məlumatı təsdiqləyib.

“Səhər saat 4:30 radələrində Milli Təhlükəsizlik qüvvələrinin Qəznidəki bazasına bomba hücumu olub” – deyə, bir polis rəsmisi bildirib. O, hadisə yerində 7 nəfərin öldüyünü və yaralanan 40 nəfərin hərbi xəstəxanaya çatdırıldığını deyib.

Taliban sözçüsü Zabihulla Mücahid son illər həm əfqan, həm də xarici qüvvələrə qarşı çoxsaylı və irimiqyaslı hücumların səhnəsi olan Qəznədəki son hücumun da məsuliyyətini islamçı qrupun üzərinə götürdüyünü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin koronavirusun yayılma mənşəyini araşdırmağın əleyhinə çıxıb:

Sonrakı məqalə

Xörək yemək üçün koronavirus maskaları ixtira edildi –