“Xoşagəlməz vəziyyətin həlli üçün çalışmalıyıq”-İqtisadiyyat naziri qiymət artımıdan narahatdır

“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini daha da gücləndirməyə çalışırıq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qiymət artımına qarşı mübarizədən də danışıb: “Elə deyil ki, bizim əlimizdə hansısa alətlər var və biz bundan istifadə etmirik. Hansı alətlərdən istifadə edə biliriksə, biz bunu etməyə çalışırıq. Amma elə alətlər var ki, burada seçim pis və daha pis arasındadır. Burada təbii olaraq biz ünvanlı sosial yardımın və digər sosial müavinətlərin ödənilməsi mexanizmlərinin artırılmasına gedirik. Biz bununla xoşagəlməz vəziyyətin həlli üçün çalışmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşsizlərin sayı ilə bağlı fərqli rəqəmlər 190 manatla ortaya çıxdı” –

Sonrakı məqalə

“Heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun, artım yoxdur” –