Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var” –

User 09 İyun 2022 - 11:36 (Last updated: 21 May 2025 - 20:15)
abs sefir brifinq

Münaqişənin həll yolunun tapılması ilə bağlı yekun qərar Ukraynanındır. ABŞ hər zaman bunu bildirib.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.

Diplomat bəyan edib ki, ABŞ Ukraynanın öz ərazi bütövlüyünü qoruması üçün dəstəyini davam etdirəcək.

O qeyd edib ki, ABŞ Azərbaycanın Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir, eyni zamanda, Azərbaycanın göstərdiyi humanitar yardımı təqdir edir.

Səfir vurğulayıb ki, Azərbaycan da münaqişədən əziyyət çəkib və bu problemi yaxşı anlayır.

“Azərbaycan dünyanın digər ölkələri kimi, Ukrayna ilə həmrəydir”, – diplomat əlavə edib

ABŞ səfiri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin öz hərbi ambisiyaları naminə ölkələrin sərhədlərinə hörmət etməyə bilər. Lakin səfir bildirib ki, xoşbəxtlikdən Azərbaycanın Rusiya ilə normal əlaqələri var və bu çox vacibdir.

“Ancaq Rusiya gözlənilməz hərəkət edə bilər. Biz bunu Ukraynada gördük. Ukraynada üzləşdikləri Rusiyanın gələcək addımlarına təsir edə bilər. Biz Baltik regionunda vəziyyəti görürük. İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyir. ABŞ bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və əgər bu regiondakı ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olarsa, ABŞ lazımi addımlar atacaq”, – səfir diqqətə çatdırıb. (APA)

Post navigation

Previous: “Kimsə Hitlerlə belə danışırdı?” –
Next: Dövlət Xidmətinin vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib –

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.