“Xüsusi əməliyyatda iştirak edirik, bunu gizlətmirik”- LUKAŞENKO

“Belarus Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatda iştirak edir, lakin öz ordusunu ora göndərmir”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, orada iştirak edirik. Bunu gizlətmirik. Amma biz heç kimi öldürmürük. Biz ordumuzu heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq”, – Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarusun xüsusi hərbi əməliyyatda iştirakı bu münaqişənin ölkə ərazisinə yayılmasının və  Polşa, Litva və Latviyadan hücumların qarşısını almaq üçündür: “Dediyim kimi, Belarus ərazisindən heç kim rusları arxadan vurmayacaq. Bax, iştirakımız budur”.

Azpost.info

Əvvəlki məqalə

“İşğal dövründə Səudiyyə Ərəbistanı bizə davamlı dəstək verən az sayda ölkələrdən idi”

Sonrakı məqalə

Ərdoğan Praqada Paşinyanla görüşəcək