Ərdoğan Praqada Paşinyanla görüşəcək- Qarabağı da müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin oktyabrın 6-da Praqada keçiriləcək sammitində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Danışıqlarda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələlərinin müzakirəsi planlaşdırılır.

Məlumata görə, Ərdoğan Paşinyana ikitərəfli münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşlərini üçüncü ölkələrin ərazisində deyil, növbə ilə Türkiyə və Ermənistanda keçirməyi təklif edəcək.

Bundan başqa, Türkiyə lideri gərginliyi azaltmaq üçün təkliflərlə çıxış edəcək.

Azpost.info

Əvvəlki məqalə

“Xüsusi əməliyyatda iştirak edirik, bunu gizlətmirik”

Sonrakı məqalə

Mövlam Şixəliyevin ailə üzvlərinin 2 milyonluq əmlakı üzərindən həbs götürülüb