Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırılıb

22 Fevral 2020 - 21:52

Nazirlər Kabineti “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, peşə təhsili müəssisəsinin fəaliyyətinin məqsədi və istiqamətləri sırasına yetkinlik yaşına çatmayanların psixoloji korreksiyasını təmin etmək daxil edilib.

Müvafiq olaraq peşə təhsili müəssisəsinin vəzifələri də artırılıb. Bu vəzifələr sırasına “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək daxil edilib.