Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub –

User 06 Oktyabr 2024 - 18:41 (Last updated: 21 May 2025 - 20:15)
WhatsApp Image 2024-10-06 at 00.02.45

Oktyabrın 5-də Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının açılışı olub.

Açılış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, incəsənət xadimləri, həmçinin kinosevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən festivalın direktoru Fehruz Şamıyev bildirib ki, 15 ildir əzmlə yoluna davam edən festival hər il kinematoqrafçıları bir araya gətirir:

“Bu illər ərzində miqyasımızı xeyli genişləndirməyi bacarmışıq, bu bizim uğurumuzdur. Festival yerli müəllifləri stimullaşdırmaqla yanaşı, yaradıcı müzakirələr üçün imkan yaradır”.

Azərbaycan Respublikası Kino Agentliyinin direktoru vəzifəsini icra edən, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu öz çıxışında festivalların əhəmiyyətindən söz açıb:

“Bakı Beynəlxalq Film Festivalı Azərbaycanın ən uzunömürlü kino festivalıdır. Kinematoqrafiyanın inkişafına təkan verən hər bir festivalı alqışlayırıq. Çox şadıq ki, belə uğurlu layihələrdən biri olan,15 illik böyük yol qət edən festivalın açılış mərasimindəyik. Bu festivalın ənənəvi olaraq keçirilməsində əməyi olan hər kəsə təşəkkür edir, iştirakçılara uğurlar arzulayıram”.

Sonra festival ənənəsinə sadiq qalaraq Azərbaycan kinosundakı xidmətlərinə görə  Xalq artistləri Həmidə Ömərova və Şükufə Yusupovanı “Qızıl Nar” mükafatı ilə təltif edib.

Daha sonra festivalın münsiflər heyətinin üzvləri səhnəyə dəvət olunub.

Diqqətə çatdırılıb ki, 15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın beynəlxalq müsabiqəsində tammetrajlı bədii və qısametrajlı filmlər yarışır.

Mərasimin sonunda 2 film nümayiş olunub.

Qeyd edək ki, festival ayın 8-ə kimi davam edəcək. Bu il festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, Britaniya, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir. Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da iştirak edir.

 

 

 

 

 

Post navigation

Previous: Ermənistanda hərbi hissədə hərbçi güllələnib
Next: Taksi sürücüləri test imtahanı verib

Oxşar xəbərlər

sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17
avroviziya
  • Şou Biznes

Çexiya “Eurovision-2027”dən imtina etdi

User 06 Oktyabr 2026 - 14:39

xƏBƏR

israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İsrail parlamenti Knessetə keçirilən seçkilərdə səslərin hesablanması başa çatmaq üzrədir. Lakin partiyalar arasında mandat bölgüsü dəyişməkdə davam...
Read more about İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.