Yəməndə naməlum şəxs məsciddə atəş açıb –5 nəfər ölüb, 11 nəfər yaralanıb

Çərşənbə axşamı Yəmənin cənubunda Abyan əyalətinin Lurd rayonundakı məsciddə naməlum şəxs ibadət edən insanlara atəş açıb. 

Bu barədə “Əl-Ərəbiyyə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Atəş nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. Telekanalın xəbərinə görə, ölənlər arasında məscidin imamı və qatilin atası da var. Cinayətkarın əqli cəhətdən xəstə olduğu iddia edilir.

Yaranan təşvişdən sonra atəş açan şəxs hadisə yerindən qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlament seçkilərinə 15 milyon dollar vəsait ayrılacaq

Sonrakı məqalə

Nazirlər Kabineti hərbçilərin pul təminatı ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu verib