Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yağan qar kənd təsərrüfatına müsbət təsir göstərir

User 14 Yanvar 2024 - 20:05 (Last updated: 21 May 2025 - 20:15)
qar quba

Son günlər respublikanın müxtəlif bölgələrində, xüsusilə də qərb bölgəsində intensiv qarın yağması, havaların şaxtalı keçməsi insanlara sevinc bəxş etməklə yanaşı, həm də kənd təsərrüfatı üçün iqtisadi baxımdan əlverişlidir. Qarın yağması demək olar ki, kənd təsərrüfatının bütün sahələrinə öz müsbət təsirini göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dövlət Aqrar Universitetinin əməkdaşı, dosent Hüseyn İdrisov deyib.

Mütəxəssis qarın kimyəvi tərkibinin su olduğunu diqqətə çatdıraraq onun meyvə bağları və əkin sahələri üçün faydasından danışıb: “Son illər dünyada gedən qlobal istiləşmə, yağıntıların azalması təbiətdə sürətli dəyişilmələrə səbəb olmuş, insanları qida çatışmazlığı təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu gün bir çox bölgələrdə qarın yağması torpaqda tələb olunan rütubətlik səviyyəsini artırmaqla, payızda səpilmiş taxıl bitkilərini, çoxillik meyvə-giləmeyvə bitkilərinə çox müsbət təsir göstərəcək. Payız-qış mövsümündə yağıntıların az olması, əksər bölgələrdə süni suvarma imkanın olmaması bitkilərin böyüməsinə, inkişafına öz mənfi təsirini göstərmişdir. Belə halların olması sonda məhsuldarlığın aşağı düşməsinə, əhalinin qidaya olan tələbatının tam ödənilməməsinə səbəb olur”.

Həmçinin, yanvar ayında intensiv qarın yağması bitkiçilik sahəsi üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən də xəstəlik və zərərvericilərin yumurtalarını, süfrələrini məhv edəcək.

“Şaxtalı soyuq havanın olması taxıl sahələrində kütləvi yayılmış gəmiriciləri-siçanları məhv edir. Ağac bitkilərinin vaxtından əvvəl çiçəkləməsinin qarşısını alır. Qeyd olunan məsələlər sonda bütün kənd təsərrüfatı bitkilərinə müsbət təsir göstərməklə, yüksək məhsul istehsalına zəmin yaradacaq”, – deyə H.İdrisov bildirib.

Post navigation

Previous: “20 yanvarda Bakıya ordu yeridən Qorbaçovu dəstəklədik” –
Next: Qəzaya uğrayan ABŞ-ın hərbi təyyarəsinin axtarışları dayandırılıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.