Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Yağış suyu şəhərləri istidən qoruya bilər –

User 07 Avqust 2026 - 09:45 (Last updated: 07 Avqust 2026 - 08:20)
hava yaqis

Binaların damlarında toplanan yağış suyundan isti havalarda damların soyudulması üçün istifadə etmək kondisionerlərə sərf olunan elektrik enerjisinin istehlakını azalda, şəhərlərdə temperaturu aşağı sala və ekstremal istilər dövrünün müddətini qısalda bilər.

Azpost.info bildirir ki, bu nəticəyə Mançester Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri Earth’s Future jurnalında dərc olunub.

Alimlər damlardan yağış suyunu toplayan, onu xüsusi çənlərdə saxlayan və isti hava zamanı avtomatik şəkildə damların üzərinə püskürdən sistemin modelini hazırlayıblar. Nümunə kimi Tokiodan istifadə edilib.

Model hesablamaları göstərib ki, damların soyudulması binaların həddindən artıq qızmasının qarşısını alır. Bunun sayəsində kondisionerlər daha az işləyir. Bu isə soyutma sistemlərinin ətraf mühitə buraxdığı istilik miqdarını azaldır və nəticədə şəhərdə havanın temperaturunun əlavə olaraq aşağı düşməsinə səbəb olur.

Beləliklə, həm ekstremal isti günlərin sayı, həm də isti havanın intensivliyi azalır.

Tədqiqatın ən maraqlı nəticələrindən biri sistemin səmərəliliyində əsas amilin çənlərin həcmi və hətta püskürdən suyun miqdarı deyil, sistemin işə salınma vaxtı olmasıdır.

Çənlərin tutumunun artırılması yalnız cüzi əlavə effekt verib. Həddindən artıq suyun istifadəsi isə hər zaman soyutmanı yaxşılaşdırmayıb. Bunun səbəbi suyun bir hissəsinin buxarlanmağa kifayət qədər vaxt tapmamasıdır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, texnologiyanın səmərəliliyi xüsusilə isti illərdə artır. Bu isə onu şəhərlərin iqlim dəyişikliyinə uyğunlaşması üçün perspektivli vasitələrdən birinə çevirə bilər.

Sistemin daha bir üstünlüyü güclü yağışlar zamanı kanalizasiya və digər sistemlərə daxil olan leysan sularının həcmini azaltmasıdır.

Tədqiqatçılar hesab edirlər ki, yağış suyundan binaların soyudulması üçün istifadə şəhərləri iqlim dəyişikliyinin nəticələrindən qorumaq və ekstremal hava şəraitinə davamlılığını artırmaq üçün kompleks tədbirlərin bir hissəsinə çevrilə bilər.

AzPost.az

Post navigation

Previous: ChatGPT ilə dərdinizi bölüşürsünüz? –
Next: Avropa meşələri sürətlə məhv olur –

Oxşar xəbərlər

lotereya
  • Maraqlı

Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq?

User 06 Noyabr 2026 - 13:23
Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33

xƏBƏR

prayk
  • Sosial

Bakıda ev almadan əvvəl bu xəritəyə baxın – Qiyməti də, tıxacları da göstərəcək

User 06 Noyabr 2026 - 13:31
Bakıda mənzil almaq və ya kirayələmək istəyənlərin qarşılaşdığı əsas problemlərdən biri münasib qiymətə ev tapmaqla yanaşı, həmin...
Read more about Bakıda ev almadan əvvəl bu xəritəyə baxın – Qiyməti də, tıxacları da göstərəcək
Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq? lotereya
  • Maraqlı

Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq?

User 06 Noyabr 2026 - 13:23
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir? urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50
Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR

User 06 Noyabr 2026 - 12:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.