Yanğınlara məruz qalan Muğlada bu gün 131 zəlzələ qeydə alınıb

01 Avqust 2021 - 15:57

Muğlanın Datça bölgəsində 4,4 bal gücündə daha bir zəlzələ olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 12:14-də qeydə alınıb.

AFAD-dan verilən məlumata görə, son 12 saatda Egey dənizinin Datça sahilində ən çox təkan 5,5 bal gücündə olmaqla ard-arda 131 zəlzələ baş verib.

Qeyd edək ki, zəlzələ ilə yanaşı Muğlanın Marmaris, Milas rayonlarında və Göyçeğiz qəsəbəsində yanğınlar davam edir.(APA)