Yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon və qeydiyyat şöbələri tərəfindən Azərbaycanda 6 min 739 nikaha daxilolma və 3 min 456 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsi bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.