Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Yanvardan evlərin qiyməti ucuzlaşacaq?

User 23 Noyabr 2025 - 14:00 (Last updated: 23 Noyabr 2025 - 12:41)
menzil

“Yanvar ayından hər hansı ucuzlaşma ehtimalı proqnozlaşdırılmır. Sadəcə 2026-cı il xərclərin optimallaşdırılması ili olacaq və yeni yanaşma metodlarını görəcəyik. Bu da daşınmaz əmlak bazarına təsir göstərəcək”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, gələn il bir sıra yerlərdə söküntü prosesləri davam edəcək, eyni zamanda yeni binalar tikiləcək:

“Həmçinin bəzi söküntü olan yerlərdə binaların yerində parkların salınması planlaşdırılır. Buna görə, daşınmaz əmlak bazarına müraciətlərin sayı heç də az olmayacaq.

Daşınmaz əmlakın dəyəri o zaman stabilləşir və yaxud aşağı düşür ki, ölkədə birja formalaşsın, vətəndaşlar investisiyanı şirkətlərə, banklara yatıra bilsin və öz aylıq, illik gəlirlərini əldə edə bilsin. Hələlik birja tam formalaşmadığına görə daşınmaz əmlak və o cümlədən zinət əşyaları, xüsusən də qızıl yeganə vasitədir ki, vətəndaşlar və sahibkarlar ona investisiya qoyur.

Pandemiyadan sonra məlum oldu ki, fəal biznes bir çox hallarda gözlənilməyən səbəblər ucbatından dayana bilər, gəlir gətirə bilməz, iş yerləri bağlana bilər. Ona görə, daha çox dünya passiv gəlirlərə üstünlük verir. Passiv gəlirlər içərisində də dayanıqlı gəlir məhz kirayədən və yaxud da icarədən gələn gəlirdir.

Belə ki, bu həm daşınmaz əmlakın ildən-ilə qiymətinin artması ilə nəticələnir, həm də stabil gəlir əldə etmək imkanları yaradır. Daşınmaz əmlak və qızıl məmulatları hazırda investisiya üçün cəlbedici olduğuna görə düşünürəm ki, 2026-cı ildə hər hansı ciddi qiymət azalması olmayacaq”

AzPost.az

Post navigation

Previous: İran prezidenti pulun denominasiyası ilə bağlı fərman imzalayıb
Next: Ən çox və ən az maaş verilən rayonlar hansılardır? –

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.