YAP-da İcra katibi postu ləğv edildi, Əli Əhmədov müavin oldu –QƏRAR

Yeni Azərbaycan Partiyasında (YAP) icra strukturu Mərkəzi Aparat olacaq.

Bu barədə APA-ya açıqlamasında YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

O qeyd edib ki, partiyada İcra katibliyi ləğv edilib.

Qeyd edək ki, YAP-ın VII qurultayına qədər partiyanın icra katibi Əli Əhmədov olub. Bu gün Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Əli Əhmədov da YAP sədrinin müavini təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““91-lər”in bir çox sıramızdadır, xalq onları unutmamalıdır” –

Sonrakı məqalə

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultayda çıxışı –