“YAP-ın yeni proqramı hazırlanır” –Sədrin müavini Tahir Budaqov

“Yeni Azərbaycan Partiyasının yeni proqramının işlənib-hazırlanması üzərində müzakirələr davam edir”.

Bunu Yeni Azərbaycan Partiyasında bu gün keçirilən konfransda çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Aparat rəhbəri bildirib ki, bu proqramda yeni reallıqlar, eləcə də qarşıda dayanan vəzifələr öz əksini tapmalıdır. T.Budaqov qeyd edib ki, qarşıda dayanan əsas vəzifələrdən biri azad olunmuş ərazilərimizdə quruculuq –bərpa işlərində fəal iştirak etməkdən ibarətdir: “Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı proqram xarakterli çıxışı hər birimizin gələcək fəaliyyəti üçün yol xəritəsidir. İlham Əliyevin Qurultaydakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələr hər bir partiya üzvünün məsuliyyətini müəyyənləşdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ekspertlər virusun mənşəyini araşdırmaq üçün Çindən tam məlumat ala bilməyib” –

Sonrakı məqalə

Aprel ayına olan hava proqnozu