Yapon alimləri qocalmanın qarşısını alan dərmanı tapıblar –

Elm aləmi heyrət içində
19 Fevral 2021 - 23:44

Yapon alimləri qocalığı dayandıran və orqanizmi cavanlaşdıran dərmanı tapıblar.

Azpost.info bildirir ki, bu barədə Tokio universitetinin tibb professoru Makato Nakanisi RİA-Novosti-yə müsahibəsində deyib. Onun sözlərinə görə, 5-10 ildən sonra bu dərmanın tətbiqi başlana bilər.

Yaş artdıqca insan və ya heyvan orqanlarında iltihab prosesini başladan hüceyrələr yığılır. Belə hüceyrələrdən biri də qocalmış, yaxud senesent hüseyrələrdir. Məhz onlar vaxt ötdükcə bölünmə qabiliyətlərini itirir, orqanlarda yığılır və qocalmağa gətirib çıxarır: “Əgər bu hüceyrələri aradan götürə bilsək iltihab prosesini dayandıra bilərik. Bu qocalıq simptomlarının yaxşılaşdırmaq deməkdir”.

Onlar aydınlaşdırıblar ki, qocalıq hüceyrəsi qlutaminə və ya qlutamin turşusuna çevrilən GLS1 fermentinə möhtacdır. Əgər bu fermentin inqibatorunu istifadə etsək qocalığı yaradan hüceyrələri məhv etmək olar.

Bu ehtimalı testdən keçirmək üçün alimlər xərçəngin bəzi növü üçün istifadə edilən GLS1 fermentini yaşlı siçana vurublar. Nəticədə siçanda böyrəklər, ciyər və qaraciyər yaxşı işləməyə başlayıb. Orqanizm isə möhkəmlənib.