Gürcüstanda yeni hökumətin tərkibi açıqlanıb

Gürcüstan Baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili bəyan edib ki, onun hökumətində cəmi iki yeni nazir olacaq. Bunlar müdafiə naziri Cuanşer Burçuladze və regional inkişaf naziri İrakli Karseladzedir.

Hökumət başçısı postuna namizəd bu barədə brifinq zamanı məlumat verib. Mətbuat konfransı ölkə telekanalları tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, hazırda Cuanşer Burçuladze və İrakli Karseladze rəhbər vəzifəyə irəli sürüldükləri qurumlarda nazir müavini vəzifəsini tuturlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Avropa ölkələrinin səfirləri ilə görüşdü –

Sonrakı məqalə

Yapon alimləri qocalmanın qarşısını alan dərmanı tapıblar –