Yaponiya Liberal Demokratik Partiyası yeni Baş Naziri sentyabrın 1-də müəyyən edəcəklərə hazırlaşır

Yaponiyanın hakim partiyası olan Liberal Demokratik Partiya (LDP) avqustun 28-də Baş Nazir Şinzo Abenin sağlamlığı ilə əlaqədar istefa verməsi barədə bəyanatından sonra yeni liderin seçkilərinə hazırlaşır.

Yeni liderin seçkiləri ilə əlaqədar səsvermənin qaydaları barədə qərar LDP-nin Baş Şurasının sentyabrın 1-də keçiriləcək iclasında qəbul ediləcək.

LDP-nin yeni lideri uğrunda mübarizəyə partiyanın siyasi şurasının sədri Fumio Kişidanın, keçmiş baş katib İşiba Siqerunun, sabiq Daxili İşlər naziri Noda Seykonun, Müdafiə naziri Taro Konunun qoşulacaqları gözlənilir. Eyni zamanda, Xarici İşlər naziri Toşimitsu Moteqinin və LDP-nin seçki strategiyası üzrə rəhbəri Şimomura Hakubunun da partiyadan olan həmkarları ilə seçkilərdə iştirak məsələsini müzakirə edəcəyi bildirilir.

Bununla yanaşı, LDP-nin bəzi üzvləri Ş.Abenin həyata keçirdiyi siyasətdə varisliyi təmin etmək üçün Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın namizədliyinin irəli sürülməsini təklif edirlər.

Əlavə olaraq qeyd edək ki, LDP lideri seçkilərində adətən partiyadan olan deputatlar və bütün ölkə üzrə onların sayı qədər üzvlər səs verirlər. Fövqəladə hallarda bu seçkilər deputatların və prefektura rəhbərlərinin nümayəndələrinin iştirakı ilə keçirilə bilər.

LDP-nin bəzi üzvləri Ş.Abenin gözlənilməz istefasını əsas gətirərək, seçkilərin son variant üzrə sentyabrın ortalarında keçirilməsini və bununla da yarana biləcək siyasi boşluğun qarşısını almağı təklif edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçdə “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib

Sonrakı məqalə

“YAP-da dəyişikliklər zamanın tələbidir” –