Yaponiya parlamentinin yuxarı palatası Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda və Honq-Konqda insan haqlarının vəziyyətindən narahatlığını ifadə edən qətnamə qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qətnamənin mətnində “Çin” sözü birbaşa işlənməsə də, “dövlət hökuməti” insan hüquqlarının təmin olunmasına məsuliyyətlə yanaşmağa çağırılır.
Yapon rəsmiləri ikitərəfli münasibətləri kəskinləşdirməmək üçün Çinin adının birbaşa xatırlanmasından qaçaraq tez-tez belə üsula əl atırlar.
Sincan-Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Burada Çinin ən çoxsaylı milli azlıqlarından biri – uyğurlar yaşayır. Onların nümayəndələrinin əksəriyyəti İslam dininə etiqad edir.
Çin hakimiyyəti iddia edir ki, bölgədə beynəlxalq islamçı terrorçu qruplarla əlaqəli gizli separatçı qruplar fəaliyyət göstərir.
Azpost.info
