Yaponiyada 7,5 milyon insana evakuasiya barədə göstəriş verilib

Bu gün “Hayşen” qasırğasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın yerli hakimiyyət orqanlarına ölkənin cənub və cənub-qərbində yerləşən yaşayış məntəqələrindən 1,840 milyon sakinin evakuasiya edilməsi barədə tapşırıq verilib.

Bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Evakuasiya planı Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki və Kaqosima əyalətlərini əhatə edir. Eyni zamanda ölkənin cənub və cənub-qərbində yaşayan 5,7 milyondan çox insana qasırğa ilə əlaqədar evakuasiyaya dair tövsiyə verilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 137 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

UEFA Millətlər Liqası: