Yaponiya rəhbərliyi koronavirus xəstəliyindən ilk ölüm faktını açıqlayıb.
“Report” “Interfax”a istinadən xəbər verir ki, xəstəliyin qurbanı 80 yaşlı qadın olub.
O, Tokio yaxınlığındakı Kanaqava rayonunda ölüb.
Xatırladaq ki, koronavirusdan ölənlərin ümumi sayı 1 369 nəfərə çatıb, yoluxanların sayı isə 60 mini keçib.