Yaponiyada xəstənin COVİD-19 peyvəndindən öldüyü rəsmən təsdiqləndi- İlk dəfə

Yaponiyada ilk dəfə olaraq xəstənin koronavirus peyvəndindən öldüyü rəsmən bəyan edilib. Ölkənin Səhiyyə Nazirliyi xəstənin ölümü ilə koronavirusa qarşı peyvənd arasında birbaşa əlaqə olduğunu təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Pandemiya zamanı Yaponiyada koronavirusa qarşı peyvənd edilmiş ən azı 2 min insanın öldüyü, lakin bu günə qədər ölüm və peyvənd arasında birbaşa əlaqənin müəyyən edilmədiyi bildirilir.

Bu günə qədər Yaponiyada 104 milyondan çox insan koronavirus peyvəndinin bir komponentli, 103 milyondan çox insan iki komponentli və 86 milyondan çox insan üç komponentli peyvənd olunub.

Yaponiyada pandemiya dövründə 33,2 milyondan çox insan koronavirusa yoluxub. Ölkədə 73 minə yaxın insan bu virusun qurbanı olub.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti bahalaşıb

Sonrakı məqalə

Prezident İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib