Yaponiyada yaşlı əhalinin sayı yeni rekord həddə çatıb

Cari ildə Yaponiyada yaşı 65-dən yuxarı olan sakinlərin sayı yeni rekord həddə çatıb.

Bu barədə sentyabrın 20-də Yaponiyada qeyd edilən Ahıllar Günü ərəfəsində Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, sentyabrın 15-ə olan son məlumata görə, ölkədə yaşlı əhalinin sayı 36,4 milyon nəfər təşkil edib və bu, ötən ilin həmin göstəricisindən 220 min nəfər çoxdur.

Məlumata əsasən, yaşlı əhali ilə sakinlərin ümumi sayı arasındakı fərq 29,1 faiz təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 0,3 faiz çoxdur. Əhalinin ümumi sayı isə ötən illə müqayisədə 510 min nəfər azalıb.

BMT-nin məlumatına görə, bu, bütün dünya üzrə müvafiq rəqəmin ən böyüyüdür və həmin göstərici üzrə ikinci yeri tutan İtaliyadan (23,6 faiz) təqribən 5 faiz çoxdur.

Əlavə olaraq qeyd edilir ki, Yaponiyada yaşlı əhalinin 15,83 milyonunu kişilər, 20,57 milyonunu isə qadınlar təşkil edir.

Nazirlik, həmçinin bildirir ki, ölkə üzrə işçilər arasında yaşlı insanların sayı da 17 il ərzində fasiləsiz olaraq artmaqda davam edib və hazırda 9,06 milyon nəfərə çatıb. Bu göstərici ümumi işçi qüvvəsinin 25,1 faizini təşkil edir və ötən ilki ilə müqayisədə rekord həddə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fənərbaxça” və “Qalatasaray” uduzdu

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi