Yaponiyalı deputat Muneo Suzuki Rusiyaya səfər etdiyi üçün təmsil olunduğu partiyadan xaric edilib.
Azpost.info xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Yaponiyanın müxalifət partiyası “Japan Renewal Society” hesab edir ki, Suzuki Rusiyaya rəhbərliyin razılığı olmadan səfər edib ki, bu da qaydaların pozulmasıdır. Bundan başqa, deputatın Ukraynada xüsusi hərbi əməliyyatı dəstəkləyən bəyanatları da partiya yoldaşlarının qəzəbinə səbəb olub.
Muneo Suzuki Moskvaya oktyabrın 1-də gəlib. Səfər zamanı o, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və bir sıra digər rusiyalı siyasətçilərlə görüşüb.
Suzuki Yaponiya parlamentinin 2022-ci ilin fevralından Rusiyaya səfər edən ilk üzvü olub.
Azpost.info