Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Yaponiyanın yeni baş naziri qədim “sumo” qadağası ilə üz-üzə qaldı

Orkhan Ali 12 Noyabr 2025 - 10:01 (Last updated: 12 Noyabr 2025 - 10:01)
1

Yaponiyanın yeni baş naziri Sanae Takaiçi qarşısında maraqlı, amma çətin bir sınaq durur. AzPost “The Guardian” nəşrinə istinadla xəbər verir ki, qadınların qədim sumo yarışlarında iştirakına və ya hətta arenaya daxil olmasına qoyulmuş qadağa hökumətin diqqət mərkəzinə çevrilib.

Səbəb odur ki, ayın sonunda keçiriləcək böyük turnirdə qalibə ənənəyə görə baş nazir mükafat təqdim etməlidir. Lakin sumo qaydalarına əsasən, qadınların “müqəddəs” sayılan rinqə çıxması yolverilməzdir. Bu, Yaponiyanın yerli dini olan sintoya görə, qadınların menstruasiya dövrü ilə bağlı “nəcis” hesab olunması inancı ilə əlaqələndirilir.

Hazırda hökumət bu məsələyə münasibətdə ehtiyatlı davranır. Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib ki, “Baş nazir Yaponiyanın ənənə və mədəniyyətinə hörmətlə yanaşır. Bu məsələdə yekun qərar hələ verilməyib və hökumət baş nazirin iradəsinə uyğun addım atacaq”.

Siyasi müşahidəçilər hesab edirlər ki, mühafizəkar baxışlara malik Takaiçi mübahisəli mövzuya toxunmaq istəmir və qadağanın dəyişdirilməsinə can atmayacaq. Qeyd edək ki, qadınların sumo yarışlarında yalnız həvəskar səviyyədə iştirakına icazə verilir.

Qadınların sumo arenasına buraxılması məsələsi ilk dəfə 1990-cı ildə gündəmə gəlmişdi. Həmin vaxt Nazirlər Kabinetinə rəhbərlik edən Mayumi Moriyama qalibə mükafat təqdim etmək istəsə də, Yaponiyanın Sumo Assosiasiyası buna icazə verməmişdi. On il sonra Osaka qubernatoru Fusae Ota da oxşar vəziyyətlə üzləşmiş, mükafatı arenadan kənarda təqdim etməyə məcbur olmuşdu.

Mövzu 2018-ci ildə yenidən böyük rezonans doğurmuşdu. Kiotonun yaxınlığındakı Maidzuru şəhərində keçirilən nümayiş turniri zamanı şəhər meri Riudzo Tatami arenada huşunu itirmişdi. Bir neçə qadın tamaşaçı, o cümlədən tibb bacısı, dərhal rinqə qaçaraq merə yardım göstərmişdi. Lakin hakimlər onlardan dərhal arenanı tərk etməyi tələb etmişdi. Hadisədən sonra meydan “təmizləyici duz”la səpələnmiş, bu da cəmiyyətdə kəskin tənqidə səbəb olmuşdu.

İctimai narazılıqdan sonra Sumo Assosiasiyasının rəhbəri üzr istəməli olmuşdu. Ancaq vəziyyət dəyişməmişdi – elə həmin il Takaradzuka şəhərinin qadın meri Tomoko Nakagavaya da rinqə çıxmaq qadağan edilmiş, o, çıxışını arenanın kənarından etməyə məcbur qalmışdı.

2019-cu ildə məsələni araşdırmaq üçün xüsusi ekspert qrupu yaradılmış, lakin bu günə qədər konkret qərar qəbul edilməyib.

İndi bütün diqqətlər Sanae Takaiçinin qərarına yönəlib. O, ya əsrlərdir dəyişməyən ənənəyə sadiq qalacaq, ya da Yaponiyada qadınların hüquqları ilə bağlı yeni bir səhifə açacaq.

AzPost.az

Post navigation

Previous: Günəşdə üç plazma buludu toqquşdu
Next: Trampın kürəkəninin layihəsinə qarşı etirazlar

Oxşar xəbərlər

husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.