Yaqub Zurufçu ilə vida mərasimi keçirilir

15 Sentyabr 2021 - 12:56

Müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun nəşi ailəsinə təhvil verilib.

APA-nın verdiyi məlumata görə, hazırda 1 Saylı Şəhər Klinik Xəstəxanasının həyətində onunla vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.

Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist dünən vəfat edib.