Yaqub Zurufçu koronavirusdan vəfat etdi

Koronavirusa (COVID-19) yoluxan Əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə APA-ya “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verilib.

O, sənətçinin bir saat əvvəl vəfat etdiyini deyib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist bir müddət əvvəl “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pandemiya başlayandan ilk dəfə “Leyli və Məcnun” teatrda nümayiş olunacaq

Sonrakı məqalə

Azərbaycanda son sutkada 2077 nəfər COVID-19-a yoluxub –