Yaqub Zurufçunun dəfn olunacağı yer açıqlandı

15 Sentyabr 2021 - 11:00

Əməkdar artist Yaqub Zurufçu bugun saat 13:00-da “Qurd Qapısı” qəbiristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin yanında dəfn olunacaq.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Y.Zurufçu dünən vəfat edib.

O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.