“Yaqub Zurufçunun vəziyyəti çox ağırdır” –“Yeni Klinika”dan AÇIQLAMA

Müğənni Yaqub Zurufçunun vəziyyəti ağırdır.

Bu barədə APA-ya koronavirusa yoluxmuş müğənninin müalicə olunduğu “Yeni Klinika”dan məlumat verilib.

Klinikadan bildirilib ki, müvafiq zəruri tədbirlər görülməsinə baxmayaraq, xəstənin vəziyyəti çox ağırdır.

Qeyd edək ki, müğənni Yaqub Zurufçu koronavirusa yoluxaraq “Yeni Klinika”ya yerləşdirilib.

Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu APA-ya açıqlamasında bildirib ki, hazırda reanimasiya şöbəsində olan müğənninin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi, vəziyyəti ağırdır

Sonrakı məqalə

Rusiya sülhməramlılarının yeni komandanı kimdir? –