Yaqub Zurufçunun vəziyyətində pisləşmə müşahidə olunur –

"Yeni Klinika”
13 Sentyabr 2021 - 15:24

“Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur”.

Bunu “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: “Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb”.