“Testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür” –TƏBİB

“Koronavirus testinin pozitiv nəticəsinin sonrakı gündə neqativ çıxması halları ilə bütün dünyada qarşılaşmaq mümkündür”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış deyib.

O bildirib ki, bunun əsas səbəblərdən biri xəstəliyin bəzi mərhələlərində prosesin artıq yuxarı tənəffüs yollarından silinib aşağı tənəffüs yollarına keçməsi ilə bağlı ola bilər: “Digər səbəb materialı götürən şəxsin prosesi qaydalara uyğun icra edib-etməməsi ilə bağlıdır. Yaxma daha dərindən, udlaqdan götürülməlidir. Nazirlər Kabinetinin sərəncamına əsasən, 7 gündən sonra 24 saat fasilə ilə götürülən testin cavabı 2 dəfə neqativ çıxarsa, sonuncu cavab əsas götürülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yaqub Zurufçunun vəziyyətində pisləşmə müşahidə olunur –

Sonrakı məqalə

Milli Məclis Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının təlimi ilə bağlı qanunu gündəliyə salıb