“KTMT Şurasının Ermənistana yardım göstərilməsi üzrə tədbirlər haqqında qərar layihəsi imzalanmalıdır. Bu, Ermənistanın özü üçün vacibdir”.
Azpost.info xəbər verir ki, bunu KTMT-nin Baş katibi Stanislav Zas Moskvada təşkilatın Parlament Assambleyasının iclasında bildirib.
“Dövlət başçılarının tapşırığına əsasən, Ermənistanda təşkilatımızın Baş katibi və Operativ Qərargah rəisinin rəhbərlik etdiyi monitorinq missiyası işləyib. Bu işin nəticəsi olaraq, Şuranın noyabrın 23-də keçirilən sessiyasında baxılan Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsi hazırlanıb. KTMT dövlətlərinin müxtəlif mövqeləri səbəbindən bu layihəni qəbul etmək mümkün olmayıb. Ümid edirəm ki, yenidən baxıldıqdan sonra biz bu qərar layihəsinin imzalanmasına və bu tədbirlərin qəbuluna gələcəyik. Əminəm ki, bu, Ermənistan üçün də lazımdır”, – Baş katib qeyd edib.
Azpost.info
