Yardımlıda Vətən Müharibəsinin iştirakçısı olan gənc intihar edib

24 Fevral 2021 - 00:42

Yardımlıda intihar hadisəsi baş verib.

Rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı idi və yenicə ailə həyatı qurmuşdu.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(APA)