Yaşa görə əmək pensiyası təyin olunanların sayı açıqlanıb

07 May 2021 - 11:09

Aprel ayında yaşa görə əmək pensiyası təyin olunanların sayı məlum olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Aprel ayında 2522 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Onların 53,4 faizini kişilər, 46,6 faizini isə qadınlar təşkil edir.