Yasamalda niyə qaz yoxdur?- AÇIQLAMA

Bakının Yasamal rayonunda baş verən qəzanın nəticələri aradan qaldırılır.

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, ötən gün paytaxtın Yasamal rayonu, Xocasən QPS-dən qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində qəza halı baş verib:

“Dərhal yaranan problemlə bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub. Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Məlumat üçün bildirək ki, qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək”.

Qeyd edək ki, dünəın axşam saatlarından Yasamal rayonu ərazisində qaz kəsilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.