Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmamaq tövsiyə olunur –

Bu gündən
19 Oktyabr 2020 - 00:50

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Bu barədə oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərara əsasən, bu gündən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.