ABŞ-ın büdcə kəsiri 3.1 trilyon dolları keçdi

Hökümətin pandemiya səbəbilə xərclərinin artması və vergi gəlirinin azalması səbəbilə ABŞ-ın büdcə kəsiri 2020-ci ildə 3.1 trilyon dollardan çox olub.Bu isə 2019-cu ilin büdcə kəsirindən üç dəfə çoxdur.

Bu ilki büdcə kəsiri həm də 2009-cu ildə baş verən iqtisadi bphran zamanı qeydə alınan rekord 1.4 trilyon dollarlıq kəsirdən ikiqat çoxdur.

Associated Press-in məlumatına görə, 2020-ci ilin büdcə kəsiri Ümumi Daxili Məhsulun 15.2 faizi təşkil edir ki, bu, 1945-ci ildə Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsində döyüşmək üçün böyük məbləğdə borclar aldığı zamandan ən yüksək göstəricidir.

Fevral ayında büdcə kəsirinin 1 trilyon dollar olacağı təxmin edilirdi, lakin virusa görə tətbiq olunan qapanmalar böyük dövlət xərclərinə səbəb olub, kəskin iqtisadi geriləmə isə vergi gəlirlərinin azalmasına gətirib çıxarıb.

2020-i ildə gəlirlər 1.2 faiz azalaraq 3.42 trilyon dollar təşkil edib, dövlət xərcləri isə 47.3 faiz artaraq 6.55 trilyon dollara bərabər olub. Bu pulların çoxu iqtisadiyyatı dəstəkləməyə və qapanmalar səbəbilə işşiz qalan amerikalılara yardıma xərclənib.

Koronavirus səbəbilə tətbiq olunan qapanmalar nəticəsində təxminən 22 milyon amerikalı işsiz qalıb. Həmin iş yerlərinin yarısı bərpa olunub. Lakin milyonlarla insan hələ də iqtisadi baxımdan qeyri-müəyyənliklə üzləşdiyi üçün, iqtisadiyyata federal yardım pullarının axmasına çağırışlar davam edəcək.

Ağ Ev və Konqres isə hələ də yeni yardım paketi ilə bağlı razılığa gələ bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gündən məktəblərin fəaliyyəti dayandırılır –

Sonrakı məqalə

Yaşı 65-dən çox olan şəxslərə evdən çıxmamaq tövsiyə olunur –