Yaşıl enerji layihəsi ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açır-Qaribaşvili

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi nəticəsində Gürcüstan, Rumıniya, Azərbaycan və Macarıstanın elektrik enerjisi sistemləri əlaqələndiriləcək. Bu da öz növbəsində Avropanı bütün Cənubi Qafqaz regionu ilə əlaqələndirəcək.

Bunu dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Qaribaşvili vurğulayıb ki, Gürcüstan etibarlı tranzit tərəfdaşı olaraq Xəzər hövzəsinin karbohidrogen resurslarının Qərbə daşınmasında əsas tranzit bağlarından biri olub.

“Bu layihənin həyata keçirilməsi ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açır”, – deyə Qaribaşvili bildirib.

Əvvəlki məqalə

Azərbaycan qazı Rumıniyanın enerji təhlükəsizliyini gücləndirəcək-

Sonrakı məqalə

“Rusiya ilə danışıqların “ipini qırmağa” imkan vermək olmaz”